Məlum olduğu kimi, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə dünəndən başlayan səfərə 70-dən artıq QHT qatılıb.Üç gün davam edəcək səfər çərçivəsində QHT təmsilçiləri Ağdamın müxtəlif yerlərinə baş çəkəcək, ermənilərin işğal müddətində törədiyi dağıntıları görəcək, eyni zamanda rayonda aparılan tikinti, yenidənqurma işlərinin gedişi ilə tanış olacaqlar. AXC TV-nin “Azad meydan” verilişində həm bu səfərlərin məqsədi, həmçinin təşkilatların bu yöndə görəcəyi işlər müzakirə olunub.Suallara İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək İctimai Birliyinin sədri, Bakı Slavyan Universitetinin professoru, Jurnalistika kafedrasının müdiri, əməkdar jurnalist Şəlalə Həsənova və “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov aydınlıq gətirib. Ətraflı videoda: