Çində nevroloqlar 19 yaşlı gəncə Altsheymer diaqnozu qoyublar.
Sözügedən gənc 17 yaşında yaddaş itkisi yaşamağa başlayıb və zaman keçdikcə koqnitiv çatışmazlıqlar artıb.
Xəstənin beyninin görüntülərində yaddaşda iştirak edən "hipokampus"da daralma aşkar edilib. Onurğa beyni mayesindən götürülən nümunə də xəstəliyə işarə edib.
Yeniyetmənin ailəsində Altsheymer və ya demans xəstəliyinin olmadığı açıqlanıb.
Çində bu yeni diaqnozdan əvvəl ən gənc Altsheymer xəstəsinin 21 yaşında olduğu bildirilib.