Havanın çirklənməsi ürək ritminin pozulmasına səbəb olur.
Şanxay Fudan Universitetinin həkimi Renje Çen bununla bağlı araşdırma edib.
"Biz müəyyən etdik ki, çirkli hava mühiti simptomatik aritmiya riskinin artması ilə nəticələnir",- Renje Çen deyib.
O, problemin bir neçə müddətdən sonra ortaya çıxdığını və 24 saat davam edə biləcəyini deyib.
Sözügedən tədqiqat Çində təxminən 200.000 xəstə qəbuluna əsaslanıb.
Keçən il aparılan bir araşdırma isə, sağlam gənclərdə incə hissəcikli hava çirkliliyi ilə ürək aritmiyaları arasında əlaqə olduğunu ortaya qoydu.