Meyvə yemək üçün ən yaxşı vaxt yeməkdən əvvəldir. Mədə boş olduqda, meyvənin tərkibindəki qidalar orqanizm tərəfindən daha yaxşı mənimsənilir.
Mütəxəssislərin fikrincə, mədə tox olarkən, meyvə detoksifikasiya edə bilməz. Yeməklərin üstündə meyvə yediyiniz zaman meyvə mədədəki qida ilə təmasda olur və tarazlıq pozulmağa başlayır. Bu qaz və şişkinliyə səbəb yaradır.
Ac qarına meyvə yemək sinir sistemini tənzimləyir. Dərinin sağlamlığına müsbət təsir göstərir. Göz altındakı qara dairələrin qarşısını alır.