Bizdə istinadla bağlı monitorinq aparmaq üçün proqram təminatı var.
Bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.
Onun sözlərinə görə, hansısa saytda məlumat gedirsə, o məlumatın o media subyektinə aid olub-olmadığını ayırd edə bilirlər:
“Bundan başqa istinad halları ilə bağlı pozuntuların da qarşısının alınması üçün video screen metodu tətbiq edirik. Artıq bir xəbərin ilk olaraq hansı saytda dərc edildiyini təyin etmək çox asandır”.