Azərbaycan milli mətbuatının 150 illiyi çərçivəsində BDU-nun jurnalistika fakültəsində “Milli mətbuat tarixi" auditoriyasının açılışı olub.
Açılış mərasimində Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Mətbuat Şurasının sədri Rəşad Məcid, BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri professor Cahangir Məmmədli, jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu və digər şəxslər iştirak ediblər.
Qonaqlar auditoriyanın əhəmiyyəti barədə çıxış edərək bu addımın milli mətbuata töhfə olduğunu vurğulayıblar.
Auditoriyada “Bakı Universiteti” qəzetinin xüsusi nömrəsinin təqdimatı baş tutub. Qəzetin xüsusi nömrəsi haqqında Cahangir Məmmədli məlumat verib.