Logo

BDU-nun “Media problemləri” jurnalı nəşrə başlayıb

AXCTV.az - 15 May 12:39

BDU-nun “Media problemləri” jurnalı nəşrə başlayıb.

Bu barədə professor Qulu Məhərrəmli “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda keçirilən beynəlxalq konfransın açılış mərasimində çıxışı zamanı məlumat verib.

"Bu, mediada elmi aspektin işıqlandırılması sahəsində ilk addımdır. "Media problemi" jurnalı üzərində 2 ildir iş gedirdi. Jurnalda təkcə Azərbaycan müəlliflərinin deyil, türkiyəli 3 müəllifin də məqalələri çap edilib. Məqalələrin hamısı universitetin saytında yerləşdirilib. Ümid edirik ki, bu jurnal tezliklə bütün media orqanlarında stolüstü jurnal olacaq", - o qeyd edib.

Xəbər lenti

IMG