Logo

“Media haqqında” qanun layihəsinin MM-in payız sessiyasının iş planına daxil edilməməsinin səbəbi açıqlanıb

AXCTV.az - 28 Sentyabr 2021 12:21

"MEDİA tərəfindən “Media haqqında” qanun layihəsinin yaxın zamanlarla parlamentə təqdim ediləcəyinə inanmaq istəyirik".

Bunu APA-ya açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

Z. Oruc qanunun payız sessiyasının İş planına daxil edilməməsinə də aydınlıq gətirib: “Layihədə bir-iki maddə ətrafında fərqli fİkirlər var, onların uzlaşdırılması üzərində işlər aparılır. MEDİA-nın icraçı direktoru Əhməd İsmayılovla bizim komitədə də görüş olmuşdu. Əminik ki, həmin bir-iki maddə üzərində konsensus tapılandan sonra sənədlə bağlı problem qalmayacaq, parlamentdə müzakirəyə çıxarılması mümkün olacaq”.

Xəbər lenti

IMG