Yenidən deməyimizin səbəbi 9 yaşlı Kaji-nin artıq ardıcıl üçüncü dəfə ən çox qazanan YouTuber olmasıdır. 2015-ci ilin mart ayında 4 yaşında olarkən video çəkməyə başlayan Ryan Kaji, bu il YouTube kanalı “Ryan’s World” sayəsində 29.5 milyon dollar (50.15 milyon manat) qazanıb. Maraqlı detallardan biri də budur ki, Ryan Kaji-nin ümumilikdə 9 aktiv kanalı var.
Ryan Kaji ümumilikdə nə qədər qazanıb?
ABŞ-ın Texas əyalətində yaşayan Ryan Kaji-nin əsl soyadı Guandır. 9 yaşlı YouTuber yalnız YouTube-dan gəlir qazanmır. Rəsmi Youtube gəlirlərindən başqa Ryan’s World kanalı, markalı oyuncaqlar və geyimlərdən 2020-ci ildə təxminən 200 milyon dollar da qazanıb. Bunlardan əlavə Ryan Kaji Nickelodeon televiziya kanalında yayımlanması planlaşdırılan öz televiziya serialı üçün bəlkə də milyardlarla dollar dəyərində bir açıqlanmamış müqavilə də imzalayıb.
Ryan’s World kanalının ümumilikdə (9 kanalla birlikdə) 41.7 milyon abunəçisi və 12.2 milyard baxışı var. Kajinin ən populyar videosu olan Huge Eggs Surprise Toys Challenge, 2 milyarddan çox baxışa sahibdir və bu günə qədər YouTube-da ən çox izlənilən videolardan biridir.
Forbes jurnalının açıqladığı Youtube-da ən çox qazanan 10 kanal aşağıdakılardır:
| 1. Ryan Kaji – 29.5 milyon dollar |
| 2. Mr Beast – 24 milyon dollar |
| 3. Dude Perfect – 23 milyon dollar |
| 4. Rhett and Link – 20 milyon dollar |
| 5. Markiplier-19.5 milyon dollar |
| 6. Preston Arsement – 19 milyon dollar |
| 7. Nastya – 18.5 milyon dollar |
| 8. Blippi -17 milyon dollar |
| 9. David Dobrik -15.5 milyon dollar |
| 10. Jeffrey Lynn Steininger -15 milyon dollar |