Logo

Ərdoğanın sözçüsü: "Türkiyə Azərbaycanın yanındadır”

AXCTV.az - 13 Sentyabr 2022 15:11

Azərbaycan-Ermənistan sərhədində toqquşmalar narahatlıq doğurur.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Twitter“ hesabında paylaşımında bildirib.

O qeyd edib ki, danışıqlar davam edərkən, Ermənistan təxribat xarakterli mövqelərdən uzaq durmalıdır: “Sülh və sabitlik yalnız Azərbaycanın ərazi bütövlüyü və qanuni hüquqları əsasında əldə edilə bilər. Türkiyə Azərbaycanın yanındadır”.

Xəbər lenti

IMG