Logo

BAXCP rayonlarda konranslara başladı

AXCTV.az - 16 Sentyabr 2022 23:21

Bununla bağlı Elchi.az saytına açııqlama verən BAXCP sədrinin təşkilat məsələləri üzrə müavini Niyaməddin Orduxanlı bildirib.

Onun sözlərinə görə, bu gündən etibarən BAXCP-nin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvləri rayonlara ezam olunub:

“BAXCP ölkənin ən güclü müxalifət partiyasında biridir. Oktaybr ayıda növbəti qurultayı keçirdəccəyik. Artıq 6 zona üzrə BAXCP-nin rəhbərliyinə daxil olan şəxslər rayonlara ezam olunublar və konranslarımız başlayıb. BAXCP-nin baş katibi Yaşar Kələntərli, BAXCP sədrinin müavini Əli Həziquliyev, şöbə müdiri İlqar Məmmədxanlı Qərb zonazı üzrə 12 rayonda konranslarda olacaqlar. Şimal zonasında mən 4 rayonda konfransda iştirak edəcəm. Şirvan bölgəsi üzrə BAXCP sədrinin siyasi məslələr üzrə müavini Elçin Mirzəbəyli və MNTK üzvü Əşrəf Abdullayev 8 rayonda, BAXCP-nin Ali Məclisinin sədr müavini Faiq İsmayılov və şöbə müdiri Xudeş Əsgərov Qarabağ zonası üzrə 6 rayonda konfranslarda iştirak edəcəklər. İlkin mərhələdə 30 rayonda konfraslarımızın keçirilməsini planlaşdırmışıq. Daha sonra isə, BAXCP Ali Məlisin sədri Vaqif Abışov Aran sonzası üzrə 5 rayonda, Cənub zonazı üzrə BAXCP Ali Məclisinin sədr müavini Bəhruz Cabbarlı və BAXCP İdarə Heyətinin üzvü Arzu Şirinova 7 rayonda, Naxçıvan Muxtar Respublikasında 5 rayonda, Bakı, Sumqayıt, Abşeron və Bakı şəhərinin rayonlarında konransların keçirilməsini planşadırmışıq. Ümumillikdə 60-dan artıq BAXCP-nin rayon təşkilatlarında konfranslar keçiriləcək və qurultaya nümayəndələr seçiləcək. Növbəti konfranslarımız haqqında mətbuata məlumatlar veriləcək.”

Xəbər lenti

IMG