Logo

Türkiyənin Azərbaycanda kafel-metlax sənayesinə investisiya qoyuluşu müzakirə olunub

AXCTV.az - 26 Sentyabr 2022 12:04

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov Türkiyənin “Bermmak” şirkətinin Baş direktoru Hıdır Akyürek ilə görüşüb.
Agentliyin rəhbəri bu barədə “Twitter“ hesabında yazıb.

O qeyd edib ki, görüşdə şirkətin Azərbaycana kafel-metlax sənayesinə investisiya qoyuluşu imkanları nəzərdən keçirilib.

Şirkətin nümayəndə heyəti KOBİA-nın dəstək xidmətləri barədə məlumatlandırılıb.

Xəbər lenti

IMG