Logo

Prezident İlham Əliyev Əlcəzairə səfərə gedib

AXCTV.az - 1 Noyabr 2022 10:49

Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ərəb Dövlətləri Liqasının 31-ci Sammitinə ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidentinin dəvəti ilə Zirvə toplantısında Fəxri qonaq statusunda iştirak etmək üçün bu ölkəyə səfərə gedib.

Əlcəzair şəhərinin Huari Bumedyen Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentini rəsmi şəxslər qarşılatıblar.

Xəbər lenti

IMG