Logo

Zirehli texnikaların ekipajları döyüş vərdişlərini təkmilləşdirir - VİDEO

AXCTV.az - 18 Avqust 2021 13:22

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq zirehli transportyorların (ZTR) ekipajları döyüş vərdişlərini təkmilləşdirir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, ümumqoşun poliqonlarında keçirilən təlimlər zamanı bölmələrin şəxsi heyəti ZTR ekipajları ilə qarşılıqlı əlaqədə müxtəlif döyüş tapşırıqlarını uğurla icra edir.
Məşqlərin əsas məqsədi şəxsi heyətin döyüş hazırlığının artırılması, döyüş maşınlarının çətin keçilən ərazilərdə idarə edilməsi və real döyüş şəraitində tətbiqi üzrə peşəkarlığın yüksəldilməsidir.

Xəbər lenti

IMG