Avqustun 22-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbər heyəti, Bakı və Sumqayıt rayon təşkilatlarının üzvləri, partiyanın fəalları Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin vəfatı münasibətilə Fəxri Xiyabanda onun məzarını ziyarət ediblər.
Mərasim iştirakçıları Əbülfəz Elçibəyin ruhuna dualar oxuyublar.