Logo

" Nazir Sahil Babayev əsirlikdən gələn Hüseynlə Aqşinə ev versin"

AXCTV.az - 14 Dekabr 2023 22:42

BAXCP sədrinin müavini, QHT sədri, AXC Tv-nin baş redaktoru Niyaməddin Orduxanlı özünün on minlərlə izləyicisi olan sosial şəbəkə - facebook, Tik-Tok səhifələrində əsirlikdən azad olunan iki hərbiçimizin evlə təmin olunmasına dair çağrış edib. Onun sözlərinə görə, hər iki hərbiçimizin azad olunması çox sevincli bir hadisədir:"İlk olaraq bildirmək istəyirəm ki, Ali Baş Komandan İlham Əliyev xalqımıza bir daha sevinc bəxş etdi. Hər iki hərbçimizə ağır cəza verilmişdi. Dünən yüz minlərlə, hətta deyərdim milyonlarla insanımızın Hüseynlə Aqşinin azad olunmasını böyük çoşqu ilə qarşıladı və əsir hərbiçilərimizin ailə üzvləri, anaları, valideyinləri ilə görüşünü bütün televizyalarımız, internet kanallarımız, Tik Tokun ən məşhur səhifələri canlı yayınladı. Hamımız qürur hissi keçirdirdik. İıham Əliyev bir daha sübut etdi ki, bir əsgərimiz min erməni əsgərindən üstündür. Dünənki canlı yayında hamımız həm də ona şahiddik etdi kiz hər iki ailə çpox kaıbdır. Onların mənzil şəraiti ağır durumdadır. Hətta Hüseyinin atasının olmamasını və uzun illərdi ailəni xəstə anası saxladığını eşitdik. Bu səbəbdən də mən bütün sosial şəbəkə səhifələrimdə nazir Sahil Babayevə çağrış etdim ki, əsirlikdən qayıtmış hər iki əsirimizə ev verilsin. Bu statusuma on minlərlə insanın dəstək verməkdədir. Bir saat keçməmiş Tik Tok səhifəmdəki statusum elə Tik Tokunnöz tərəfindən kəşfetə düşdü və hər dəqiqə yüzlərlə insan doğru bir çağrış olduğunu yazmaqdadır. İstənilən adam girib Niyameddin Orduxanlı səhifəsindın tanış ola bilər. Söhbət mənim statusumdan getmir, ola bulər ki, elə Sahil müəllimin özü də ailənin evlə təmin olunmasını düşünür. Cənab Prezident İlham Əliyevin və hörmətli Birinci vitse-prezidentimiz Mehriban xanım hər zaman Qarabağda şəhid olan ailələrinə, qazilərimizə və veteranlarımıza xüsusi diqqət ayırır. Bunu hamımız görürür. Çox inannıram ki, dövlətimiz 8 ay əsrilikdə qalan və zülmlər çəkmiş əsgərlərimizə diqqətini və qayğısını sosial təminatında da əsirgəmiyəcək".

Xəbər lenti

IMG