Logo

Nazir Kəmaləddin Heydərov Qəbələdə yanğın baş vermiş mürəkkəb relyefli dağlıq ərazilərə gedib - FOTO - VİDEO

AXCTV.az - 30 Avqust 2021 13:05
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Qəbələ rayonunun Solquca kəndi yaxınlığındakı yanğın baş vermiş mürəkkəb relyefli dağlıq əraziyə gedib. Nazir helikopterlə əraziyə baxış keçirib, yanğının qarşısının alınması üçün aparılan işlərlə tanış olub. Yanğının söndürülməsi istiqamətində görülən tədbirlər barədə K. Heydərova məlumat verilib. Nazir daha sonra rayonun Abrıx kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə də yanğının söndürülməsi işləri ilə tanış olub. K. Heydərov yanğınların qarşısının alınması üçün müvafiq göstəriş və tapşırıqlar verib. Fövqəladə Hallar Nazirliyinin qüvvələri yanğınla mübarizə tədbirlərini davam etdirir.

Xəbər lenti

IMG