Logo

Ceyhun Bayramov Belçika XİN rəhbəri ilə Ermənistanla normallaşma prosesini müzakirə edib

AXCTV.az - 10 İyul 2024 17:59

ABŞ-də səfərdə olan xarici işlər naziri Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadija Labib ilə görüşüb.

Görüşdə Azərbaycanla Belçika arasında ikitərəfli əməkdaşlıq, eləcə də ticarət, enerji təhlükəsizliyi, nəqliyyat kommunikasiya, habelə ölkəmizin COP29-a sədrliyi ilə əlaqədar, o cümlədən digər sahələrdə tərəfdaşlıq məsələləri müzakirə edilib.

Eyni zamanda tərəflər post-konflikt dövründə regional vəziyyət və Ermənistan-Azərbaycan normallaşması ilə bağlı fikir mübadiləsi aparıblar.

Xəbər lenti

IMG