Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin Milli Assambleyasının sədri Əsəd Qeysərlə görüşüb.
Bu barədə Xəzər Fərhadov “Twitter”də bildirib.
“Mən əminəm ki, iki ölkə arasında mövcud olan qardaşlıq əlaqələri daha da dərinləşəcək və güclənəcək”, - deyə səfir qeyd edib.