“Qarabağda yenidənqurma və bərpa işlərinə necə töhfə verə biləcəyimiz, prosesdə faydalı ola biləcəyimiz bizim üçün də maraqlıdır”.
Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko deyib.
P. Mixalko bildirib ki, bu istiqamətdə nələrin prioritet olmasını öyrənəcək və bunu dəstəkləyəcəklər: “Bununla bağlı Bakıda çox önəmli sərgi keçirilir, mən də bu sərgini ziyarət edəcəyəm”.