Logo

Zəfər Günü münasibətilə hazırlanmış Amnistiya Aktı layihəsi MM-in plenar iclasına tövsiyə edilib

AXCTV.az - 2 Noyabr 2021 19:17

Bu gün Milli Məclisin Hüquq Siyasəti və Dövlət quruculuğu komitəsində "8 Noyabr - Zəfər Günü münasibəti ilə Amnistiya Aktının elan edilməsi haqqında" qərar layihəsi müzakirə edilib.

İclasda qeyd olunub ki, təhqiqat, istintaq orqanları və bütün məhkəmə instansiyaları tərəfindən amnistiya tətbiq edilməsi bu amnistiyanın xüsusiyyətlərindəndir.

Həmçinin, Amnistiya Aktı ilə məhkumluğun götürülməsi və əlavə cəzalardan azad etmə institutlarının tətbiqi də nəzərdə tutulur.

Müzakirələrdən sonra layihə parlamentin növbəti plenar iclasına tövsiyə olunub.

Xəbər lenti

IMG