Logo

"Ermənilərlə Xankəndi ilə Mehrini dəyişdirməyi..."

AXCTV.az - 7 Noyabr 2021 14:07

AVP sədri Fəzail Ağamalı: "44 günlük Vətən müharibəsində qələbəmizin qazanılmasında Prezident İlham Əliyevlə yanaşı, vitse-prezident hörmətli Mehriban xanımın da əməyi çoxdur!"

Niyaməddin Orduxanlının aparıcı olduğu AXC TV-də "Həftənin yekunu"nun bu dəfəki qonağı Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı olub. Verlişdə həftə ərzində ölkəmizdə, beynəlxalq müstəvidə və regionda baş vermiş hadisələr geniş müzakirə olunub. Müzakirə zamanı, Azərbaycan xalqının 8 noyabrda keçirəcək Zəfər Gününün bir ilini qeyd etməsinə hazırlığı və qələbəmizin qazanılmasını şərtləndirən amillər, Qarabağın işğaldan azad olunmasında qardaş Türkiyənin göstərdiyi böyük dəstəyin olması faktı, Rusiyanın müharibə dövründə tam neytrallığının təmin olunmasının vacibliyi, azərbaycanlıların qədim torpağı Zəngəzura qayıdış prosesinin başlanması, Fuzili aeroportunun açılışı və Zəngəzur dəhlizinin təməlinin qoyulma mərasimində Ərdoğanla İlham Əliyevin dünyaya verdiyi önəmli mesajlar, İran dövlətinin Azərbaycana qarşı atdığı səhv addımların molla rejiminə qarşı işləməsi, İranda yaşayan 40 milyonluq azərbaycanlıların Cənubi Azərbaycan dövlətini elan etməsinin baş vermə ehtimalı, İsrayil, Pakistan, İngiltərə, İtaliyanın Qarabağ müharibəsində verdiyi dəstəyin səbəbləri, BAXCP sədri Qüdrət Həsənquliyevin Xankəndi ilə Mehrinin dəyişdirlməsi təklifinin perespektivləri, Zəfər Gününə həsr olumuş Prezident İlham Əliyevin aminstiya aktının imzalaması və 16 000 şəxsə şamil olunması və digər önəmli məsələrdən danışılıb. Həmin verlişin videosunu təqdim edirik:

Xəbər lenti

IMG