Qüdrət Həsənquliyev: “Xidmətlərin həddindən artıq baha olması ilə bağlı narazılıq edirlər”
“İkinci oxunuşun tələblərinə uyğun olaraq, onu qeyd etmək istəyirəm ki, qanunun ikinci maddəsində turizmin formaları və növləri qeyd olunur. Düşünürəm ki, Azərbaycanın coğrafi mövqeyi imkan verir ki, ölkəmizdə əyləncə və mərc oyunları turizmi inkişaf eləsin. Bu da bir turizm növü kimi mövcud qanuna daxil edlsin. Əgər kazinoların açılmasına icazə verilsə, həm qonşu Türkiyədən, həm İrandan, həm də digər müsəlman ölkələrindən, xüsusilə də Yaxın Şərqdən, ərəb ölkələrindən Azərbaycana çoxsaylı turst cəlb etmək mümkündür”.
Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev “Turizm haqqında qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı səsləndirib. Millət vəkili “mən dəfələrlə məsələ qaldırmışam. Məsələn Rusiyada 4 bölgədə kazinoların yaradılmasına icazə verilib. Azərbaycanda da Qarabağda, Zəngəzurda belə bi kazinonun açılmasına imkan vermək olar”- əlavə edib: “Yaxud keçmiş Nargin (Böyük Zirə -Ə.Z.) adası var. Bakıdan 10 kilometr məsafədə yerləşir. Təyyarə ilə Bakıya enəndə görürük ki, bu ada kifayət qədər böyük bir ərazidir. 1,4 kvadrat kilometrlik ərazi olsa da, tam istifadəsiz qalıb. Xaricdən investorlar cəlb edib, orada kazinoların açılmasına imkan yaratmaq olar. Bundan başqa, onu da qeyd etmək istəyirəm ki, qanunların qəbul olunması ilə, əlbəttə biz bu sahədə ciddi normalar tətbiq etməklə nizam-intizam yaratmalı, münasibətləri tənzimləməliyik. Amma Azərbaycana turistləri cəlb etmək üçün xidmət sferası, burada işin təşkili, xidmətin səviyyəsi yüksəldilməldiir. Bunun üçün də həmin xidmət sahəsində çalışan şəxslər ingilis dilini bilməlidirlər. Azərbaycanda rus dii geniş yayılıb. Bundan istifadə edərək vətəndaşlarımız keçmiş sovet respublikalarının vətəndaşları ilə sərbəst ünsiyyət qura bilirlər. Əlbəttə, bu alqışlanmalı və təqdir olunmalıdır. Hazırda təhsil naziri Emin Əmrullayev nazirlik sistemində həqiqətən də təhsilin keyfiyyətinin yüksəldilməsi üçün xeyli işlər görür. Bunu qiymətləndirmək lazımdır. Amma xarici dillərin öyrədilməsi yetərli səviyyədə deyil. Bunun üçün xüsusi dövlət proqramı qəbul olunmalıdır. Xüsusilə də ingilis dilinin öyrənilməsi üçün xüsusi dövlət proqramı qəbul olunmaldır ki, biz bunun vasitəsilə həm turistlər cəlb edək, həm də dünya elminə, mdəniyyətinə çıxış əldə etmək imkanlarımız olsun. Bir də bu xidmətlərə görə, insanalar çox gileylənirlər. Mənim şəxsən təmasda olduğum şəxslər var. Xidmətlərin həddindən artıq baha olması ilə bağlı narazılıq edirlər. Biz özümüz rayonlara gedirik. Rayonlarda qiymətlər bir çox hallarda Bakı şəhərindən daha yüksəkdir. Yəni burada da turzim agentliyi digər dövlət orqanları ilə əlaqəli işləməlidir. Biz çalışmalıyıq ki, Vergilər Nzirliyi ilə də iş düzgün qurulsun, qiymətlər aşağı salınsın. Bu qiymətlərlə nə xaricilər Azərbaycana gəlməyəcək, nə də daxili turizmi inkişaf etdirmək mümkün olmayacaq. İnsanlar evlərində oturub bozzbaş yeməyə daha çox üstünlük verəcəklər”.
Əli Zülfüqaroğlu