Logo

Cəlilabad və Biləsuvarın 10 kəndinin elektrik şəbəkəsi yenidən qurulur

AXCTV.az - 6 Aprel 2022 14:20

Cəlilabad və Biləsuvarın 10 kəndinin elektrik şəbəkəsi yenidən qurulur.

“Azərişıq” ASC-dən verilən məlumata görə, Cəlilabad rayonunun Sadatlı, Qamışlıgöl, Xəlilli, Albalan, Güneyli, Allahverən, Məşədilər, Novruzallı, Məlikqasımlı, Yusublu kəndlərində işlərə başlanılıb.

Görüləcək işlər çərçivəsində kəndlərdə ümumilikdə 33 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 111 km-a yaxın 10 kV-luq, 75 km-a yaxın 0,4 kV–luq elektrik xətləri yenilənəcək. 786 abonenti olan 10 kənddə elektrik sayğacları da dəyişdiriləcək.

Biləsuvarın 3 kəndinin də elektrik şəbəkəsi yenidən qurulur. Rayonun Amankənd, Təzəkənd və Dərvişli kəndlərində işlərə başlanılıb.

1232 abonenti olan bu 3 kənddə ümumilikdə 19 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 36 km-a yaxın 10 kV-luq, 65 km-a yaxın 0,4 kV –luq elektrik xətləri yenisi ilə əvəzlənəcək.

Bu il ərzində ümumilikdə, müxtəlif regionları əhatə edən 100-dən çox kənd və yaşayış məntəqəsinin elektrik enerji şəbəkəsi tamamilə yenidən qurulacaq.

Xəbər lenti

IMG