2022-ci ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tabeliyindəki İqtisadi Elmi Tədqiqat İnstitutu Azərbaycanda "ağıllı şəhərlər" konsepsiyasının inkişafında rəqəmsal texnologiyaların aparıcı rolu ilə əlaqədar müxtəlif ölkələrin təcrübəsini öyrənib.
Bu barədə institutun idarəetmə heyətinin sədri Mahir Hümbətov 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
"Hazırda inkişaf etmiş ölkələrdə innovasiya texnologiyalarından istifadə, süni intellekt, maşın təlimi və irihəcmli məlumatların emalı məsələləri təhlil olunub", - o deyib.
Qeyd edək ki, İqtisadi Elmi Tədqiqat İnstitutu ölkədə iqtisadi və əlaqəli digər sahələrdə tədbirlərin işlənib hazırlanmasını və təminatını həyata keçirən, bu məqsədlə fundamental və tətbiqi elmi tədqiqatlar, eksperimental araşdırmalar aparan, iqtisadiyyatın, onun ayrı-ayrı sahələrinin inkişafının dəstəklənməsi və dayanıqlılığının təmin olunması üzrə tədqiqat bazası yaradan, analitik məlumat bazasının və informasiya sistemlərinin yaradılması, proqram və layihələrin hazırlanması, müvafiq sahədə monitorinq və qiymətləndirmələrin aparılması, strateji planlaşdırılma və innovativ inkişafın təmin edilməsi istiqamətlərində fəaliyyət göstərən, habelə yüksəkixtisaslı elmi kadrlar hazırlayan və insan kapitalının inkişaf etdirilməsində iştirak edən beyin mərkəzidir.