Logo

Azərbaycan kibertəhlükəsizlik sahəsində innovasiyalara açıqdır - Yevgeni Badax

AXCTV.az - 25 Aprel 2023 12:18

Azərbaycan kibertəhlükəsizlik sahəsində innovasiyalara və yeni texnologiyalara açıqdır.

Bunu cümə axşamı "BAKOTECH" şirkətinin baş direktoru Yevgeni Badax “Biznesin rəqəmsal gələcəyi və kibertəhlükələrdən mühafizə” mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, bu açıqlıq həm özəl, həm də dövlət sektorlarında müşahidə olunur.

"Biz gələcəkdə müqavilələrimizin sayını artırmağı planlaşdırırıq və bu il Azərbaycanda kibertəhlükəsizlik və məlumatların mühafizəsi üzrə yeni məhsullar təqdim olunacaq. Həmçinin insan kapitalını gücləndirməyi və yerli nümayəndələrə informasiya təhlükəsizliyinin trendləri üzrə təlim keçməyi hədəfləyirik", - deyə o əlavə edib.

Y.Badax "BAKOTECH"in Azərbaycan bazarında 2015-ci ildən etibarən fəaliyyət göstərdiyini xatırladıb.

Xəbər lenti

IMG