Logo

Honor Pad V8 planşeti təqdim olunub - QİYMƏTİ

AXCTV.az - 2 May 2023 10:58

Honor şirkəti Honor Pad V8 adlı yeni planşetini təqdim edib. Təqdim edilmiş bu yeni planşet böyük ölçülü ekranı, performanslı texniki özəllikləri və satış qiyməti ilə seçilir. Beləliklə Honor Pad V8 planşeti 120 Hz-lik təsvir yenilənməsinə sahib 2.5K keyfiyyətli 11 düym IPS ekran ilə təchiz olunub. Planşet MediaTek Dimensity 8020 prosessoru vasitəsilə çalışır və özündə 8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini birləşdirir. Honor Pad V8 həmçinin oyunlarda performans göstəricilərinin artırılması üçün nəzərdə tutulmuş Honor TurboX adlı texnologiyanı dəstəkləyir.

Xəbər lenti

IMG