Honor şirkəti Honor 7 smart qolbağının qlobal versiyasını təqdim edib. Smart qopbağın qlobal versiyası Çində satılan versiyasının bütün funksionallığını özündə qoruyub saxlayıb. Honor Band 7-nin gövdəsi metal materialdan hazırlanıb və o, 1.47 düym AMOLED ekran ilə təchiz olunub. Ekran həmçinin 2.5D qoruyucu şüşə ilə əhatə olunub. Smart qolbaq 96 növ idman rejimini dəstəkləyir, ürək döyüntülərinin və qandakı oksigen miqdarının ölçülməsini təmin edir.