Google şirkəti Google I/O 2023 konfransı çərçivəsində Pixel Tablet planşetini təqdim edib. İnsayderlərin öncədən də güman etdikləri kimi sözügedıən planşet səsgücləndiricilərə sahib xüsusi stansiya vasitəsilə Google Nest Hub smart ekranının bəzi funksiyalarını özündə birləşdirir. Pixel Tablet planşeti alüminium materialdan hazırlanmış gövdəni əldə edib. O, 2560x1600 piksel keyfiyyətli 10.95 düym IPS ekran ilə təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 500 nit təşkil edir. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.