Həm minik, həm yük avtomobilləri, həm də inşaat avadanlıqları bazarında böyük paya sahib olan Volvo, elektrikli nəqliyyat vasitələri ilə bağlı iddialı açıqlamalar verib. 2040-cı ildə satılacaq vasitələrin hamısının elektrikli olacağını açıqlayan şirkət, bu iddiasını dartıcı nəqliyyat vasitəsi bazarında da davam etdirməyi hədəfləyir.
4 × 2 və 6 × 2 variantlarında təqdim ediləcək yeni modelin Şimali Amerika bazarında yüksək alış qabiliyyətinə malik olacağı düşünülür. Virciniya ştatındakı New River Valley Fabrikində istehsal ediləcək model üçün artıq 100 ədəd sifariş verildiyi bildirilib.
Volvo, Low Impact Green Heavy Transport Solutions (LIGHTS) layihəsi çərçivəsində elektrikli yük avtomobilləri istehsalı üçün 91 milyon dollar ayırmışdı. Yeni istehsal olunacaq nəqliyyat vasitəsi 5.490Nm fırlanma anı və 455 at gücünə sahib bir elektrik mühərriki ilə təchiz ediləcək.
264 kWh batareya quraşdırılacaq model 240 km məsafə qət edə biləcək. Əlavə olaraq 150 kW DC enerji dolum cihazı vasitəsilə 70 dəqiqədə 80% doldurulmanı təmin edən sürətli şarj sistemi də istifadə ediləcək.