Logo

Apteklərdə keçirilmiş yoxlamaların nəticəsi açıqlanıb

AXCTV.az - 16 Fevral 2022 12:55

Analitik Ekspertiza Mərkəzi (AEM) 01.01.2022-14.02.2022-ci il tarixləri ərzində aptek təşkilatlarında keçirilmiş yoxlamaların nəticəsi haqqında məlumat açıqlayıb.

AEM-dən verilən xəbərə görə, Bakı şəhəri üzrə 22, digər rayonlar üzrə 8 aptek olmaqla 30 aptekdə planlı və plandan kənar yoxlamalar həyata keçirilib.

Müsadirə edilmiş qeydiyyatsız və sertifikatsız dərman vasitələrinin sayı 58 adda, 90.4 qutu təşkil edib.

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1, 451, 452.1, 452.3 maddələri üzrə 19 protokol tərtib edilib”, - məlumatda qeyd olunub.

Xəbər lenti

IMG