Logo

Azərbaycanda “Vahid parklama kartı” sisteminin tətbiqi təklif olunur

AXCTV.az - 28 Fevral 2022 13:11

Məruzədə avtomobil yollarının, parklama yerlərinin və səkilərin yenidən qurulması, o cümlədən müxtəlif təmir-bərpa işlərinin aparılması, habelə tədbirlərin keçirilməsi zamanı nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin təşkilinə diqqətin artırılması, bu barədə yol hərəkəti iştirakçılarının qabaqcadan kütləvi informasiya vasitələri və sosial şəbəkələr vasitəsilə, habelə həmin ərazilərdə müvafiq xəbərdaredici nişanlar və məlumat lövhələri quraşdırılmaqla məlumatlandırılmasına diqqətin artırılması təklif edilir.

Ombudsman ödənişli parklama yerləri üçün (özəl parklama yerləri istisna olmaqla) 8, 12 və 24 saatlıq abunə paketləri müəyyən edilməklə “Vahid parklama kartı” (vahid ödəniş aparmaqla abunə dövrü ərzində bütün ödənişli parklama yerlərindən istifadəyə imkan verən) sisteminin tətbiqini tövsiyə edir.

Xəbər lenti

IMG