Logo

90 minə yaxın şagird avtomatik olaraq I sinfə qəbul olunub

AXCTV.az - 5 May 2022 11:30

“Hər il təxminən 150 min şagird I siniflərdə tədrisə başlayır”.

Bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili şöbəsinin müdir müavini Orxan Abbasov bildirib.

Onun sözlərinə görə, I siniflərə elektron şagird qəbuluna mayın 4-dən başlanılıb.

Mayın 6-dan isə Azərbaycan bölməsi üçün məktəb və sinif seçimi başlayacaq: “Məktəbəhazırlıq qruplarında təhsil alan şagirdlərin Azərbaycan bölməsində heç bir prosedura ehtiyac yoxdur, birbaşa I sinfə qəbul olunurlar. Artıq avtomatik olaraq həmin qruplarda təhsil alan 90 minə yaxın şagird I sinfə qəbul olunub. Həmin şəxslər sadəcə mayın 6-dan elektron ərizələrini şəxsi kabinetdən çap edib məktəbə təqdim etməlidirlər. Birbaşa I sinfə gedəcək şagirdlər isə şəxsi kabinet açaraq mayın 6-dan məktəb və siniflərini seçməlidirlər”.

Xəbər lenti

IMG