Logo

DİN: Gədəbəydə havaya atəş açan şəxsin kimliyi müəyyən edilib - VİDEO

AXCTV.az - 17 Oktyabr 2022 10:18
Gədəbəydə silahla havaya atəş açan şəxsin kimliyi müəyyən edilib. Bu barədə APA-nın yerli bürosuna DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov deyib. Onun sözlərinə görə, sosial şəbəkələrdə sözügedən videogörüntülər paylaşıldıqdan sonra dərhal Gədəbəy rayon Polis Şöbəsində müvafiq araşdırmalar həyata keçirilib: "Müəyyən tədbirlər nəticəsində, videodakı şəxsin Gədəbəy rayon Arıxdam kənd sakini Tural Məmmədov olması və hazırda ölkə xaricində olması müəyyən edilib. Həmin şəxsin istintaqa cəlb edilməsi istiqamətində işlər davam etdirilir".

Xəbər lenti

IMG