Logo

Ağsuda dağlıq ərazidə baş vermiş yanğın söndürülüb - VİDEO

AXCTV.az - 9 Avqust 2021 10:17

Ağsu rayonu, Gəgəli kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın söndürülüb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğınsöndürmə əməliyyatlarında FHN-in müvafiq yanğın-xilasetmə qüvvələri və Aviasiya dəstəsinin helikopteri fəaliyyət göstərib. Ümumilikdə 300 hektar ərazidə baş vermis yanğın nəticəsində quru ot, kol-kos və biçilmiş taxıl sahəsi yanıb.

Xəbər lenti

IMG