Logo

Şavkat Mirziyoyev Heydər Əliyevin məzarını ziyarət edib

AXCTV.az - 2 Mart 2023 13:15

Azərbaycanda səfərdə olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev martın 2-də Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.

Özbəkistan Prezidenti Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər güllər düzüb.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər qoyulub.

Xəbər lenti

IMG