Bu ilin yanvar-fevral aylarında Azərbaycan İtaliyaya 1 157 474,83 min ABŞ dolları dəyərində 1 812 300,15 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında (ixrac edilən neftin miqdarı və dəyərinə görə - red.) ikinci yerdə İsrail qərarlaşıb. Hesabat dövründə, bu ölkəyə 331 537,83 min dollar dəyərində 528 972,46 ton neft ixrac edilib.
Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri İspaniya tutur. Yanvar-fevralda bu ölkəyə 273 803,29 min dollar dəyərində 425 843,81 ton neft ixrac edilib.
Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 15 ölkəyə 3 250 676,94 min dollarlıq 5 175 061,27 ton neft ixrac edib.
"APA-Economics" Azərbaycanın bu ilin yanvar-fevral aylarında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (ixrac edilən neftin məbləğinə görə) təqdim edir:
#
Ölkələr
Məbləğ, min $
Miqdar, ton
-
Cəmi
3 250 676,94
5 175 061,27
1
İtaliya
1 157 474,83
1 812 300,15
2
İsrail
331 537,83
528 972,46
3
İspaniya
273 803,29
425 843,81
4
Almaniya
248 823,84
391 093,25
5
Hindistan
201 908,61
322 662,47
6
Çexiya
161 999,43
257 848,9
7
Türkiyə
151 873,99
253 528,61
8
Yunanıstan
136 371,97
212 422,84
9
Rumıniya
112 481,23
176 403,69
10
Avstriya
95 280,09
176 251,8
11
İrlandiya
93 438,2
175 028,65
12
Vyetnam
85 115,06
138 516,86
13
İndoneziya
85 009,7
128 188,47
14
Portuqaliya
62 898,43
92 952,72
15
Fransa
52 660,43
83 046,6