Dünən axşam Türkiyənin Bursa şəhərində ağır yol nəqliyyat hadisəsi nəticəsində Azərbaycan vətəndaşı dünyasını dəyişib.
Türkiyə vətəndaşı Özcan Özdoğ içkili halda idarə etdiyi 16 FA 130 dövlət nömrə nişanlı kiçik həcimli yük avtomobli şəhərin Yıldırım rayonun Piremir qəsəbəsi, Uludağ küçəsindən, Çiçek küçəsinə hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə o, yük avtomobilini küçə ticarəti ilə məşğul olanların piştaxtasına, daha sonra yaxınlıqda yerləşən avtobus dayanacağına çırpıb. Hadisə nəticəsində dayanacaqda avtobus gözləyən Azərbaycan vətəndaşı Zəfər Telman, Hakan Aksoy və Rüveyda Pekdoğan yaralanıb.
Yük maşının altında qalan azərbaycanlı Zəfər Telman xəstəxanaya aparılsa da həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törədən sürücü saxlanılıb, hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.