Logo

Qazaxıstanda yol qəzasında səkkiz Özbəkistan vətəndaşı həlak olub

AXCTV.az - 3 Aprel 2024 23:11

Qazaxıstanda ağır yol qəzası olub.

Dadisə Aktobe vilayətində, Samara-Çimkənd avtomobil yolunda qeydə alınıb.

Hadisəyə səbəb “Volvo” markalı yük maşınının təkərinin partlaması olub.

Bundan sonra sürücü idarəetməni itirərək qarşıdan gələn zolağa çıxıb və “Toyota” markalı mikroavtobusla toqquşub.

Qəzada səkkiz nəfər ölüb.

Ölənlərin hamısı Özbəkistan vətəndaşıdır.

Xəbər lenti

IMG