Logo

Türkiyə Təhlükəsizlik Şurası: Bələdiyyə seçkiləri demokratiya ənənəsinə uyğun olaraq keçirilib

AXCTV.az - 5 Aprel 2024 06:13

Türkiyədə 31 mart 2024-cü il tarixində baş tutan bələdiyyə seçkiləri ölkənin güclü demokratiya ənənəsinə uyğun olaraq, sülh və etimad mühitində keçirilib.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurası iclasının nəticələrinə dair açıqlamada deyilir.

Qeyd edək ki, ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 2,5 saat davam edən iclasda daxili və xarici siyasətə dair bir sıra məsələ müzakirə olunub.

Xəbər lenti

IMG