Vaşinqton və Tehran hərtərəfli nüvə razılaşması əldə etməyə yaxındırlar.
Bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Vaşinqton və Tehran hərtərəfli nüvə sazişini növbəti görüşdə imzalaya bilərlər.
Qeyd edək ki, İran və ABŞ nümayəndələri 23 may tarixində Romada İranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli üzrə beşinci dəfə danışıqlar aparıblar. Bu danışıqlarda vasitəçi kimi Oman çıxış edib.