Logo

FHN əməliyyat görüntüləri yayıb - VİDEO

AXCTV.az - 27 Sentyabr 2021 12:22

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. FHN-dən verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 52 yanğına çıxış və 8 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. FHN istirahət mərkəzlərində maarifləndirmə tədbirlərini davam etdirir FHN: Ötən gün 49 yanğına çıxış olub, 4 nəfər xilas edilib Batma təhlükəsi olan 5 nəfər xilas edilib Ümumilikdə, ötən sutka ərzində 2-si azyaşlı olmaq 7 nəfər xilas edilib. Bakı şəhərinin Binəqədi rayonunda mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalma faktı üzrə həyata keçirilən xilasetmə əməliyyatı zamanı 1946-cı il təvəllüdlü Məmmədov Rüstəm Qaraş oğlunun meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Həmçinin, 24.09.2021-ci il tarixində Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Alpout kəndi ərazisindən keçən hissəsində batmış 2000-ci il təvəllüdlü Əhmədov Vüsal Vahid oğlunun meyiti Nazirliyin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Bundan əlavə, Bakı şəhərinin Binəqədi və Xəzər rayonlarında intensiv yağışlar nəticəsində yaranmış fəsadların aradan qaldırılması təmin olunub.

Xəbər lenti

IMG