Müğənni Gülay Zeynallıdan xəbər var.
Gülay Olay.az-a müsahibə verib. Müsahibə zamanı o, qızı Sahilədən, ailəsindən danışıb.
"Kamil (Kamil Zeynallı- red) də, mən də tanınmış olmağımıza baxmayaraq, övladımıza qarşı ciddiyik. Həmin misalları çəkmirik, yaşadıqca öyrədirəm. Məsələn, zibil yeşiyində çörək və sair axtaran adam görəndə deyirəm, bax, zamanında təhsil almadığı üçün belə olub. Sahilənin təhsil aldığı məktəbin sinifində kamera var. Kamil çəkilişdə belə olsa, onu izləyir, zəng edir ki, qızın partada düz əyləşməyib, müəllimlə əlaqə saxla de. Toyda, el şənliklərində 1 saat dayanmadan oxuyuram, bir nəfərə deyirəm ki, zəng et gör, qızım nə edir, yemək yeyirmi. Bir işimi görüb bitirdikdən sonra evə qaçıram, övladımı müəllim yanına aparıram. Ana olmaq, o məsuliyyəti daşımaq, mənə sənətimdən daha çox zövq verir".