Logo

Ceyhun Bayramov: “COVID-19-a qarşı daha effektiv mübarizə aparmalıyıq”

AXCTV.az - 4 Noyabr 2021 13:49

“Biz COVID-19-a qarşı daha effektiv mübarizə aparmalıyıq. Azərbaycan Prezidenti Türk Şurası və Qoşulmama Hərəkatının sammitlərində bununla bağlı çağırışlar edib”.

Bunu bu gün “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "COVİD-19-dan sonra yeni dünya nizami" panelinin açılış mərasimində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

C. Bayramov deyib ki, dünya hələ COVID-19-dan sonrakı dövrə keçməyib: “Pandemiyanın təsirləri həyatımızda hələ müəyyən müddət də olacaq. Azərbaycan Prezidenti peyvəndlərə bərabər çıxışın təmin edilməsi və onların bərabər şəkildə paylanılması üçün BMT qarşısında təşəbbüslə çıxış edib”.

Xəbər lenti

IMG