44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan Ordusu 30 illik işğala son qoydu və torpaqlarımızı azad etdi.
Bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov TBMM-də 8 Noyabr – Zəfər Gününə həsr olunmuş foto-sərgidə çıxışı zamanı bildirib.
İsrail səfiri Qarabağda İsrail hərbçilərinin olması barədə məlumatları böyük axmaqlıq adlandırıb - VİDEO
Türkiyə Prezidenti: “İran Azərbaycanı hədəf seçə bilməz, bu, elə də asan deyil”
Britaniya səfiri “Rebuild Karabakh” sərgisində olub
Səfirin sözlərinə görə, Vətən müharibəsi dövründə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər yüksək vəzifəli rəsmilər, Türkiyə xalqı Azərbaycanın yanında olub.
Diplomat qeyd edib ki, Türkiyə modelində qurulmuş və Türkiyə istehsalı silahlarla təchiz edilmiş Azərbaycan Ordusu Qarabağda qalib gəlib. R. Məmmədov əlavə edib ki, Azərbaycanın qazandığı qələbə Türkiyə silahlarının nə qədər keyfiyyətli olduğunu bir daha göstərib.
O vurğulayıb ki, bu gün Azərbaycanın mübarizəsi döyüş meydanında bitsə də, danışıqlar masası ətrafında bitməyib: “Zəngəzur dəhlizinin açılması gözlənilir. Bu gün sərhədlərimizin delimitasiyası və demarkasiyası, Türkiyə-Ermənistan əlaqələrinin qurulması gündəmdədir. Bu da iki qardaş dövlətin atdığı paralel addımlar nəticəsində yenə də zəfərlə başa çatacaq. Türk qardaşlarımızla birgə Qafqaza sülh və əmin-amanlıq gətirəcəyik”.