Logo

Əks-göstəriş sertifikatı ilə bağlı müraciətlərin sayı açıqlanıb

AXCTV.az - 28 Dekabr 2021 19:39

Bu günə qədər ölkədə koronavirus peyvəndinə qarşı əks-göstəriş sertifikatı ilə bağlı təxminən 69 minə yaxın müraciət olub.

Bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, müraciət edənlərdən 40 minə yaxını süd verən analar, 10 404 nəfər isə hamilələr, 6000-dən çox xroniki xəstəliyi olanlardır: “Hazırda xroniki xəstəliklə bağlı müraciətlərin sayı azalıb. Xəstəliyi olanlarla bağlı göstərici ortalama 7 faizdir. Proses elektron olduğundan burada heç bir əlavə müdaxilədən söhbət gedə bilməz”.

Xəbər lenti

IMG